“Qəbələ” paraqvaylı yarımmüdafiəçini transfer edib

“Qəbələ” paraqvaylı yarımmüdafiəçini transfer edib

1 Sentyabr 2015 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ" klubu paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini transfer edib.

"Transfer pəncərəsi"nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan "qırmızı-qaralar" 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb.

Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının "İnter" klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın "Leskala" klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın "Atromitos" (2007-2010), "Etnikos" (2007-2008, icarə əsasında), "Yannina" (2008-2009, icarə əsasında), "Messiniakos" (2009-2010, icarə əsasında), İtaliyanın "Çezena" (2010-2013) və "Pavia" (2011, icarə əsasında) klublarında çıxış edib.

Mediainfo.az