“Panatinaikos” - “Qəbələ” matçının başlanma  saatı müəyyənləşdi

“Panatinaikos” - “Qəbələ” matçının başlanma saatı müəyyənləşdi

14 Avqust 2015 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki cavab görüşünün təqvimi açıqlanıb. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Afinada baş tutacaq "Panatinaikos" – "Qəbələ" qarşılaşmasının başlama saatı müəyyənləşib.

Avqustun 27-də "Apostolos Nikolaidis" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı idarə edəcək hakimlər briqadası isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 20-də "Bakcell Arena"da keçiriləcək.

Mediainfo.az