Dünyada ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Dünyada ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

14 İyul 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yüksək liqalarda ən məhsuldar futbolçuların siyahısını açıqlayıb. Dünyada ən çox qol vuran futbolçuların siyahısına "Futbol kralı" Pele başçılıq edir. 71 yaşlı braziliyalı veteran hücumçu 20 ildə (1957-77-ci illərdə) 560 oyunda 541 qol vurub. Pele bunu Braziliya və ABŞ çempionatında edib. İFFHS yalnız yüksək liqalarda qol vuran futbolçulardan ibarət siyahıda 315 nəfərə verib. Onların çoxu karyerasını bitirənlər arasında olsa da, yaşıl meydanda çıxışını davam etdirənlər də var. Bunlardan biri vaxtilə "Neftçi"yə keçidi gündəmdə olan özbək hücumçu Cəfər İrismetovdur. 164-cü yerdə olan Cəfər 1993-cü ildən bu yana 6 ölkə çempionatında (Özbəkistan, Yunanıstan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan) keçirdiyi 413 oyunda 236 qol vurub. Türkiyənin siyahıdakı təmsilçiləri arasında ən yaxşı göstəriciyə Hakan Şükür malikdir. Artıq karyerasını bitirərək, yaxında parlamentə deputat seçilən 40 yaşlı veteran hücumçu 20 ildə (1988-2008) 534 oyunda 268 qol vurub.

Yəqin bu vəziyyətə görə Hakan Şükür Tanrıya şükür edir.

Tofiq Əliyev

O.M.