Yeni doğulmuş qızının adını formasının nömrəsinə uyğun qoydu

Yeni doğulmuş qızının adını formasının nömrəsinə uyğun qoydu

12 İyul 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Devid Bekhem qızının adını açıqladı

İngiltərənin məşhur cütlüyü Devid-Viktoriyanın qız övladlarının dünyaya gəldiyini daha öncə sizlərə xəbər vermişdik. Bu gün isə bildirmək istəyirik ki, dünya şöhrətlilər qızlarının adını açıqladılar. Onlar bu şanslı uşağa Harper-Seven adını qoydular. Qızının adını məhz "Seven" (yəni 7) qoyması Bekhem fanlarını dərin fikrə saldı. Sonradan aydın oldu ki, sən demə, bu ad Bekhemin formasının rəqəmi imiş. Ulduzunun parladığı "Mançester Yunayted"də o, "7" rəqəmli forma geyinibmiş. Onu da xatırladaq ki, Viki-Devid daha öncə qızlarına Şekispirin "Romeo-Culiyetta" əsərindən bir ad vermək istəyirdilər.

Günel Həbib