“Fənərbaxça” klubunun prezidenti həbs olundu
"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım barəsində məhkəmə həbs qərarı verib. Həbsxanaya aparıldığı vaxt bir qrup "Fənərbaxça" azarkeşi Yıldırım üçün dəstək şüarları səsləndirərək həbsxanaya yaxınlaşmağa çalışıb. Polisin müdaxiləsinə isə azarkeşlər daşlar və dəyənəklərlə cavab verib. Baş vermiş qalmaqalda televiziya müxbirlərindən biri başına dəyən butulka zərbəsi ilə xəsarət alıb. Qeyd edək ki, bir neçə müddət idi ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı Əziz Yıldırımın istintaqı gedirdi.
"Fənərbaxça" azarkeşlərinin bağçasına "ildırım" düşdü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər