
Belarus millisi Bakıya 19 voleybolçu ilə gəlir
Qadın voleybolçulardan ibarət Belarus millisi Azərbaycana gətirəcəyi heyəti açıqlayıb. Komandanın baş məşqçisi Pyotr Xilko yığmamızla yoldaşlıq matçı üçün 19 oyunçuya dəvət göndərib.
Bakının "İqtisadçı" və "Lokomotiv" klublarını çalışdırmış mütəxəssis bildirib ki, Bakıda keçirəcəkləri görüş komandası üçün çox vacibdi. Onun sözlərinə görə, həmin heyətlə Slovakiya ilə yığması və Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Ukrayna ilə matça da çıxacaqlar: "Bresti 2 dəfə tərk edəcəyik. Öncə Azərbaycana yollanacağıq və burada mayın 5-də və 8-də yerli yığma ilə qarşılaşacağıq. Onlar təlim-məşqə aprelin 27-dən start veriblər. Ardınca Slovakiyaya gedəcəyik. Bu komanda ilə isə mayın 13-də və 17-də üz-üzə gələcəyik".
Xilkonun açıqladığı heyətdə "Azərreyl"in kapitanı Oksana Kovalçuk da yer alıb.
Toppaylayıcılar: Marina Kuçko (1991; 180; Pribujye), Anastasiya Kononoviç (1993; 178; Minçanka), Anna Kopko (1988; 173; Jemçujna);
Diaqonal oyunçular: Oksana Kovalçuk (1979; 186; Azərreyl, Azərbaycan), Kristina Mixaylenko (1992; 187; Drezden, Almaniya);
Hücumçular: Tatyana Markeviç (1988; 185; Agel, Çexiya), Yekaterina Silantyeva (1993; 181; Minçanka), Nadejda Molosay (1990; 180; Proton, Rusiya), Anastasiya Qarelik (1991; 184; Ştiinta, Rumıniya), Viktoriya Yemelyançik (1989; 182; Jetısu, Qazaxıstan), Olqa Lozitskaya (1994; 185; Jemçujna), Marina Pavlova (1989; 180; Pribujye);
Bloçular: Anna Kalinovskaya (1985; 189; Jemçujna), Anjelika Boriseviç (1995; 194; Minçanka), Darya İonova (1989; 186; Atlant), Tatyana Karpoviç (1990; 184; Pribuje);
Liberolar: Olqa Pavlyukovskaya (1988; 174; Nafta, Polşa), Yelena Burak (1993; 178; Astana, Qazaxıstan), Viktoriya Kaminskaya (1994; 168; Pribujye).
Qeyd edək ki, hazırda Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan millisi burada İsveçrənin "Volero" klubu ilə də gücünü yoxlayacaq.
Mediainfo.az