
Bavariya vaxtından əvvəl çempion oldu
Almaniya Bundesliqasında XXX tura yekun vurulub. Bu turda lider "Bavariya" "Herta"ya minimal hesabla qalib gəlib.
"Bayer" "Köln"ün, "Auqsburq" isə "Hamburq"un qonağı olub. Lakin səfər oyunları nə "Bayer", nə də "Auqsburq" üçün uğurlu alınıb. Leverkuzen təmsilçisi 1 xalla kifayətləndiyi halda, növbəti mövsüm Avrokuboklara qatılmağı hədəfləyən "Auqsburq" autsayderlərdən "Hamburq" məğlub olub.
Dortmund "Borussiya"sı öz meydanında "Ayntraxt"ı qəbul edib və yekunda 3 xala sevinib. İkinci pillədə qərarlaşan "Volfsburq" Münhenqladbax "Borussiya"sının qonağı olub. Meydan sahiblərinin son dəqiqədə vurduğu qol onlara vacib qələbə qazandırıb. Məhz turnir cədvəlinin ikincisi "Volsburq"un cari turda məğlubiyyəti "Bavariya"nı vaxtından əvvəl çempion edib (apasport.az).
Almaniya Bundesliqası, XXX tur
24 aprel
"Maynts" – "Şalke" 2:0
Qollar: Bell, 28, 31
25 aprel
"Borussiya" D – "Ayntraxt" - 2:0
Qollar: Obumeyanq, 25 (pen.); Kaqava, 32
"Hamburq" – "Auqsburq" - 3:2
Qollar: Oliç, 11; Lasoqqa, 19; 71 - Bobadilya, 25; Verner, 69
"Hannover" – "Hoffenhaym" - 1:2
Qollar: Stindl, 24 (pen.); - Modeste, 1; Şipplok, 83
"Köln" – "Bayer" - 1:1
Qollar: Finne, 83; - Brandt, 60
"Ştutqart" – "Frayburq" - 2:2
Qollar: Jinçek, 24; Harnik. 27 - Petersen, 58 (pen.); 85
"Bavariya" – "Herta" - 1:0
Qol: Şvaynştayger, 80
26 aprel
"Paderborn" – "Verder" - 2:2
Qollar: Mario Vrançiç, 26; Stoppelkamp, 27 - Selke, 45; Hayroviç, 76
"Borussiya" M – "Volfsburq" - 1:0
Qol: Maks Kruz, 90
Mediainfo.az