Futbol üzrə Azərbaycan kubokunun final görüşü Qəbələdə keçiriləcək

Futbol üzrə Azərbaycan kubokunun final görüşü Qəbələdə keçiriləcək

22 Aprel 2015 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib. Həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

İyunun 3-də baş tutacaq matçda "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək. Qeyd edək ki, yarımfinal mərhələsində "Neftçi" "İnter"i (2:0, 1:2), "Qarabağ" "Simurq"u (1:0, 0:0) məğlub edib.

Mediainfo.az