Taekvandoçularımız "Moldova Open"də 9 medal qazanıblar

Taekvandoçularımız "Moldova Open"də 9 medal qazanıblar

20 Aprel 2015 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Kişinyovda taekvondoçular arasında keçirilən "Moldova Open" turniri başa çatıb. G1 kateqoriyalı yarışa 23 idmançı ilə qatılan Azərbaycan millisi turnirdə 9 medal qazanıb.

Taekvondoçularımızdan İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (87 kq) heç bir rəqibinə şans verməyərək, "Moldova Open"in baş mükafatına sahib olublar. Nurgül Çeliklə (49 kq) Sina Bahrami (63 kq) gümüş medalla kifayətləniblər.

Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq), Parisa Kafael Mohammad Nejada (+73 kq) və Əhməd Mohammadi (+87 kq) isə 3-cü yeri tutub.

Mediainfo.az