
Brüsseldə "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək
Bu gün Belçikanın paytaxtı Brüsseldə "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb.
Brüsselin "Egmont" Sarayında baş tutacaq qala gecədə nazir Azad Rəhimovun, Beynəlxlalq Olimpiya Komitəsinin eks prezidenti Jacques Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamerntinin vitse prezidentinin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015" Avropa oyunalarına hazırlıqla bağlı video çarx və foto sərgi nümayiş olunacaq.
Səfərin ikinci günü isə "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək.
Mediainfo.az
Digər xəbərlər