
Ermənistan millisi uduzdu
2016-cı il Avropa Çempionatının qrup mərhələsində İ qrupunda mübarizə aparan Ermənistanın futbol üzrə yığma komandası Albaniya millisinə 1:2 hesabı ilə məğlub olub. "Elbesan Arena"da bu gün baş tutan oyunun 4-cü dəqiqəsində Almaniyanın "Köln" klubunda çıxış edən Merqim Mavrayın öz qapısına vurduğu qol sayəsində Ermənistan irəli çıxıb. İkinci hissənin əvvəllərindən ərazi üstünlüyünə ələ keçirən albanlar bir-birinin ardınca təhlükəli hücumlar təşkil ediblər. 70-ci dəqiqədə Makedoniyanın "Vardar" komandasında oynayan Oqanes Ambartsumyan ikinci sarı vərəqə alaraq meydançadan qovulub. 7 dəqiqə sonra həmin Merqim Mavray hesabı bərabərləşdirib. 81-ci dəqiqədə isə "Bazel"in yarımmüdafiəçisi Şkelzen Qaşi Albaniyanın qələbə topunu vurub. Beləliklə, 4 oyundan sonra 1 xal toplayan Ermənistan yığması turnir cədvəlində sonuncu, 5-ci pillədədir. /modern/
Mediainfo.az