Taekvondoçu həmyerlimiz gümüş medalla geri döndü - FOTO

Taekvondoçu həmyerlimiz gümüş medalla geri döndü - FOTO

29 Mart 2015 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada taekvondoçular arasında olimpiya çəki dərəcələri üzrə keçirilən Avropa çempionatına yekun vurulub. İlk dəfə təşkil olunan yarışda Azərbaycan millisi 1 medal qazanıb. Komandamızın heyətində fəxri kürsüyə Radik İsayev qalxıb. +80 kq çəki dərəcəsində çıxış edən Avropa çempionumuz yalnız finalda rusiyalı Vladislav Larinə uduzduğundan, ikinci yerlə kifayətlənib. O, bununla da aktivinə 6 reytinq xalı əlavə edib. Qeyd edək ki, millimiz Nalçikdə baş tutan yarışa 4 çəki dərəcəsində 7 idmançı ilə qatılmışdı.

Mediainfo.az