
Federasiya prezidenti istefa verdi
Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev istefa verib.
Vitse-prezident F.Məmmədovun yerinə yeni namizəddən də danışıb. "Federasiyanın yeni rəhbəri Təhsil Nazirliyindən olsa, daha yaxşı olar. Çünki bizdə tələbələrlə iş gedir və Təhsil Nazirliyinin də işi gənclərlə işləməkdir. Ancaq kim olacağını deyə bilmərəm. Məsələ ilə bağlı AFFA və Təhsil Nazirliyi ilə danışıq aparacağıq".
Qeyd edək ki, Fazil Qarayev voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin qardaşıdır.
Digər xəbərlər