
FHN-in Akademiyasının kursantı XII Respublika Universiadasında çempion olub - FOTO
"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə martın 12-də ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında FHN-nin Akademiyasının kursantları yüksək nəticələr əldə edib.
İdmanın sərbəst güləş növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.
Mediainfo.az
Digər xəbərlər