Kazaryan: “Avropa Oyunlarında iştirak etməliyik”

Kazaryan: “Avropa Oyunlarında iştirak etməliyik”

6 Mart 2015 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir".

Apa-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

"Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdir. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.

Mediainfo.az