Norveç – Azərbaycan oyunu Oslo stadionunda keçiriləcək

Norveç – Azərbaycan oyunu Oslo stadionunda keçiriləcək

2 Mart 2015 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi növbəti səfər matçının məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 12-də Norveçə qarşı keçiriləcək qarşılaşma "Ullevol" stadionunda baş tutacaq.

Paytaxt Oslodakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Norveçlilər seçmə mərhələnin bu il baş tutacaq 4 ev görüşünün hamısını bu arenada oynamağa qərar verib.

Qeyd edək ki, 1925-ci ildə inşa olunan "Ullevol" stadionu 25572 tamaşaçı tutumuna malikdi.

Mediainfo.az