
"Qarabağ" - "Neftçi" oyununda xuliqanlıq edənlərdən biri jurnalistika fakultəsinin tələbəsidir - FOTO
Fevralın 19-u Azərbaycan Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunöncəsi (0:1) yaranan gərginlik matçsonrası pis nəticələrlə yadda qalıb. futbolpress.az-a məlumatına görə, qarşılaşmanın sonuna yaxın rәqib azarkeşlәr arasındakı gәrginlik oyuns onrası "razborkaya" çevrilib. Polis 9 "Neftçi" azarkeşini bölmәsinә aparılıb. Araşdırmalardan sonra onlardan iki nəfər saxlanmaqla, qalanları sərbəst buraxılıb.
Saxlanılan iki nəfər barəsində isə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinən Orxan Tanrıverdiyev vә Ümid Alışovdur. Hazırda onların əməlləri ilə bağlı əməliyyat və istintaq tədbirləri davam edir. Yaxalananlar Şüvəlan İstintaq Tədricxanasına saxlanılırlar.
Ümid Alışov Bakı Dövlәt Universitetinin "Jurnalistika" fakültәsinin II kurs tələbəsi, Orxan Tanrıverdiyev isə Türkiyədə ali təhsil almaqçün imtahanlara hazırlaşan abituriyentdir.
Mediainfo.az