Fransa - Azərbaycan oyununun vaxtı müəyyənləşib

Fransa - Azərbaycan oyununun vaxtı müəyyənləşib

29 Yanvar 2015 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Fransada mübarizə aparacaq yığmamız ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək.

İkinci matçında İngiltərə ilə üz-üzə gələcək komandanız son turda Danimarkadan olan həmyaşıdları ilə qarşılaşacaq. Millimiz oyunlarını fərqli məkanlarda keçirəcək.

26 mart

22:30. Fransa – Azərbaycan

Sent-Lo. "Luis Villemer" stadionu

28 mart

21:30. İngiltərə – Azərbaycan

Bayo. "Anri Jane" stadionu

31 mart

22:00. Azərbaycan – Danimarka

Flers. "Stad de Haz" stadionu

Qeyd: Oyunların saatı Bakı vaxtı ilə göstərilib.

Mediainfo.az