Qızlardan ibarət Azərbaycan yığması gürcü həmkarları ilə üz-üzə gələcək

Qızlardan ibarət Azərbaycan yığması gürcü həmkarları ilə üz-üzə gələcək

21 Yanvar 2015 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 2-dən 8-ə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız 2 yoxlama oyunu keçirəcək.

Komandamız hər iki görüşdə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Bu matçlar "Bakı"nın təlim-məşq bazasında baş tutacaq.

Qonşu ölkə yığmaları fevralın 6-da və 8-də görüşəcək. İlk oyun saat 11:30-da, ikinci oyun 17:30-da başlayacaq.

Mediainfo.az