“Neftçi” sabahkı oyuna  qara sarğı ilə çıxacaq

“Neftçi” sabahkı oyuna qara sarğı ilə çıxacaq

19 Yanvar 2015 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Neftçi" Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. Klubun rəsmi saytının yaydığı məlumatına görə, Azərbaycan təmsilçisi Çinin "Guizhou Rehne" klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.

Mediainfo.az