“AZAL” Valeri Kutsenko ilə müqavilə bağlayıb

“AZAL” Valeri Kutsenko ilə müqavilə bağlayıb

15 Yanvar 2015 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

"AZAL" bir müddətdi sınaqdan keçirdiyi ukraynalı futbolçu Valeri Kutsenko ilə bağlı yekun qərara gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına açıqlamasında bildirib ki, 28 yaşlı yarımmüdafiəçi məşqçilər korpusu tərəfindən bəyənilib.

Onun sözlərinə görə, baxışdan uğurla keçən Kutsenko "təyyarəçilər"lə 1,5 illik müqaviləyə qol çəkib. Yusifov bununla yarımmüdafiə xəttindəki problemi yoluna qoyduqlarını əlavə edib.

Qeyd edək ki, Valeri Kutsenko Ukraynanın U-17 və U-19 millilərində ümumilikdə 6 oyun keçirib. Peşəkar karyerasına "Dnepr"də başlayan 28 yaşlı futbolçu "Obolon", "Krivbass", "Vorskla", "Brest" və "Minsk" klublarının şərəfini qoruyub. Kutsenkonun son komandası Latviya "Dauqava"sı olub.

Mediainfo.az