
Salman Əlizadə Avropa çempionu oldu!
İyunun 24-də Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında final görüşləri keçirilib.
Həmyerlilərimizdən ilk olaraq 49 kq çəki dərəcəsində
mübarizə aparan Salman Əlizadə rinqə çıxıb. Həlledici görüşdə boksçumuz
rusiyalı Belik Qalanovla qarşılaşıb. Rəqibini 16:14 hesabı ilə məğlub
edən Salman Əlizadə Avropa çempionu adını qazanıb!
Salman Əlizadə Avropa çempionatına qələbə ilə imza ataraq, bu çempionatlığı qələbə ilə də başa vurdu. Qələbələrimizin sayının artması arzusu ilə:
Könül Aypara
Digər xəbərlər