Atletlərimiz uğurla geri dönüblər

Atletlərimiz uğurla geri dönüblər

24 İyun 2011 19:03
Bəyəndim (0) Bəyənmədim (0)

Atletika üzrə Azərbaycan yığması komandalararası Avropa çempionatında yeni rekord müəyyənləşdirib. İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qitə birinciliyinin III divizionunda mübarizə aparan idmançılarımız vətənə 12 medalla dönüblər.

Komandamızın heyətində Ruslan Abbasov (100 və 200 m), Hakim İbrahimov (400 m), İbrahim Əhmədov (400 metr, maneəli), Rəhim Məmmədov (110 m, maneəli), Dmitri Marşin (çəkicatma) və Gözaşin Səfərova (3000 m, maneəli və 5000 m) finiş xəttinə birinci çatıblar. Həmçinin, kişilərdən ibarət yığmamız 4x100 m və 4x400 m məsafələrə qaçışda bütün rəqiblərini qabaqlamağı bacarıblar.

Milli komandamızın digər üzvləri - Tilaxun Əliyev (5000 m) gümüş, Anar Yusifov (800 m) isə bürünc medallara sahib olublar. Beləliklə, 10 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz komanda hesabında 6-cı yeri tutublar.

Könül Aypara