İordaniya şahzadəsi FİFA-nın prezidenti olmaq istəyir

İordaniya şahzadəsi FİFA-nın prezidenti olmaq istəyir

6 Yanvar 2015 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA prezidenti Yozef Blatterə yeni rəqib tapılıb. Apasport.az saytının məlumatına görə, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn ali futbol qurumunun prezidenti olmaq niyyətindədir.

Asiyalı artıq namizədliyini irəli sürəcəyini də açıqlayıb: "FİFA prezidentliyinə namizəd olmağı qərara almışam. Mən bu qərarı verməzdən öncə həmkarlarımla uzun-uzadı müzakirə aparmışam".

Qeyd edək ki, FİFA prezidentliyinə növbəti seçki mayda keçiriləcək. Hazırda FİFA-nın vitse-prezidenti vəzifəsini icra edən Əli ibn Əl-Hüseynlə yanaşı, prezident Yozef Blatter və sabiq baş katib Jerom Şampan da bu posta namizəddirlər.

Mediainfo.az