Olimpiadaya ilk lisenziyanı qazandıq

Olimpiadaya ilk lisenziyanı qazandıq

23 İyun 2011 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, milli komandanın üzvü Dmitri Marşin atletikanın çəkic atma proqramında 74.04 m nəticə göstərərək III yerə sahib olub. Nəticə olimpiya normativinə uyğun olduğuna görə Dmitri Maşin London Olimpiadasına ölkəmiz üçün ilk lisenziyanı qazanıb. Qeyd edək ki, Dmitri Marşin "Ümid" klubunun nümayəndəsidir

Uğur daima bizimlə olsun.

Tofiq Əliyev

O.M.