Boyan Krkiç “Roma” ilə razılığa gəlib

Boyan Krkiç “Roma” ilə razılığa gəlib

22 İyun 2011 17:33
Bəyəndim (0) Bəyənmədim (0)
Transfer 10 milyon avroya başa gələcək

"Roma" klubunun idman direktoru Valter Sabatini "Barselona" klubunun üzvü Boyan Krkiçin transferi ilə bağlı qarşı tərəflə razılıq əldə olunduğunu bildirib: "Biz həm "Barselona" rəhbərliyi, həm də futbolçunun özü ilə razılıq əldə etmişik. Danışıqlar çox yaxşı gedir. Ümid edirik ki, hər şey uğurlu sonluqla yekunlaşacaq". Krkıçin "Roma"ya 10 milyon avroya başa gələcəyi ehtimal edilir. Xatırladaq ki, Boyan Krkiç əslən serb olsa da, İspaniyanın gənclərdən ibarət komandasının şərəfini qoruyur.

Bir komanda digərinə futbolçusunu ötürdü.

Tofiq Əliyev

O.M.