Futbolçunu güllələyiblər

Futbolçunu güllələyiblər

27 Oktyabr 2014 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika Respublikası (CAR) millisinin qapıçısı Senzo Meyiva naməlum şəxslər tərəfindən qətlə yetirilib. Yığmanın kapitanı olan 27 yaşlı futbolçu Yohanesburq yaxınlığındakı evlərin birində güllələnib. Həmin evin onun dostuna məxsus olduğu ehtimal edilir. Yerli polis cinayətin evi qarət etməyə cəhd edən 3 şəxs tərəfindən törədilməsi versiyasını irəli sürüb. Lakin atəş açılandan sonra onlar gizlənə biliblər. Cinayətkarları tapmaqda kömək edə biləcək məlumat üçün 14 min dollar mükafat vəd edilib. Qeyd edək ki, karyerası boyu "Orlando Payrets"ə sadiq olan qolkiper 2013-cü ildən millinin şərəfini qoruyur.

Mediainfo.az

Mediainfo.az