Aliyə Qarayeva Azərbaycan çempionu adını qazanıb

Aliyə Qarayeva Azərbaycan çempionu adını qazanıb

18 İyun 2011 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Şənbə günü Qusar Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı keçirilib. Yarışda 20-dək gimnast iştirak edib. Gimnastlar həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə mübarizə aparıblar. Turnirdə "Neftçi", "Spartak" klublarının, Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin və Gəncə idmançıları iştirak ediblər.

Senyor gimnastlar qrupunda Aliyə Qarayeva növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. Gərgin keçən yarışda Zeynəb Cavadlı ikinci, Anna Qurbanova üçüncü yerə sahib çıxıb. Yeniyetmələr arasında isə Lalə Yusifova qalib olub. Bu yaş qrupunda Ləman Haçızadə ikinci, Gülsüm Şəfizadə üçüncü yeri tutub. Bədii gimnastika üzrə Azərbaycan çempionatı ilk dəfədir ki, paytaxtda deyil, regionda keçirilir.

Günel Həbib