K.Ronaldunun “Mançester Yunayted”ə qayıdışı 206 mln. avroya başa gələcək
İngiltərənin Mançester Yunayted komandası Kriştianu Ronaldunu geri qaytarmaq istəsə, portuqaliyalı futbolçu üçün 160 mln. funt və ya 204 mln. avro ödəməli olacaq.
Daily Star qəzetinin məlumatına görə, İspaniyanın Real komandasının prezidenti Florentino Peres 2014-cü il Qızıl top mükafatçısını yüksək qiymətə satışa çıxarıb. Hazırda Kriştianu Ronaldunu transfer etməyə yeganə namizəd Mançester Yunayteddir. Belə ki, Fransanın PSJ, İngiltərənin Çelsi və Mançester Siti komandaları Ronaldu üçün yüksək məbləğlər xərcləmək istəmirlər. Mançester Yunaytedin yeni baş məşqçisi Lui Van Qal isə portuqaliyalı oyunçunu komandasında görmək istəyini və bu barədə klub rəhbərləri ilə görüşəcəyini gizlətmir.
Mütəxəssislərin fikrincə, portuqaliyalı futbolçunun son zamanlar mətbuatda Real rəhbərliyini dəfələrlə tənqid etməsi onun satışa çıxarılmasına yeganə səbəb olub.
Xatırladaq ki, Kriştianu Ronaldu 2003-2009-cu illər ərzində Mançester Yunaytedin heyətində oynayarkən komandasına 9 nailiyyət qazandırıb. 2007/08-ci il futbol mövsümündə qırmızı şeytanların əldə etdiyi Çempionlar Liqasının kuboku da onlardan biridir.
Qeyd edək ki, 29 yaşlı K.Ronaldunun transfer qiyməti 102 mln. avrodur. O, illik əməkhaqqı 26 mln. avro olmaq şərtilə 4 illik müqavilə imzalamağa hazırlaşır. Göründüyü kimi, portuqaliyalı futbolçunun transferi Mançester Yunaytedə 200 mln. avrodan baha başa gələcək.
Mediainfo.az






















































































