"Dnepr"- "Qarabağ" oyununda azarkeş olmayacaq

"Dnepr"- "Qarabağ" oyununda azarkeş olmayacaq

25 Sentyabr 2014 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" cəzalanıb. Futbolxeber.az- saytının məlumatına görə, Dnepropetrovsk klubu azarkeşlərin ucbatından qitə futbol qurumunun qəzəbinə tuş gəlib. Belə ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Dnepr" - "Kopenhagen" matçında yerli azarkeşlərin xuliqanlığı "Dnepr"in 50 min avro həcmində cəzalandırılmasına səbəb olub. Bundan başqa, "Dnepr" avrokuboklardakı növbəti matçını boş tribunalar önündə keçirilməlidir. Həmin görüş isə "Qarabağ"la oyuna təsadüf edir. Bu hal qarşıdakı oyunlarda təkrarlanacağı halda, "Dnepr" 2 il müddətinə avrokuboklardan uzaqlaşdırılacaq.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də keçiriləcək.

Mediainfo.az