Messinin fərqli rekordu

Messinin fərqli rekordu

7 Aprel 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçu ilə əlaqə saxlamaq istəyən "Facebook"a gəlsin

"Barselona"nın argentinalı futbolçusu Laynol Messi "Facebook" sosial şəbəkədə açdığı səhifəsi ilə virtual aləmdə də bir rekordun sahibi oldu. Andreas İnyesta, Cerard Pique və Kriştiano Ronaldo kimi adlardan sonra "Facebook"a üzv olan Messi qısa müddət ərzində 7 milyona yaxın heyranını bir araya gətirməyi bacardı. Messi saytda bu qədər qısa bir müddət ərzində böyük heyran kütləsi topladığı üçün çox sevindiyini söyləyib. Bundan sonra fanatlar "Facebook" vasitəsi ilə fenomenlə daim ünsiyyətdə ola biləcəklər.

Bunu biz yox, Messi deyib...

O.M.