Milli Voleybol komandamız Çinə məğlub oldu
Voleybol üzrə dünya çempionatının ikinci günündə milli komandamız məğlubiyyət acısı yaşayıb.
Mediainfo.az xəbər verir ki, İtaliyada keçirilən dünya çempionatının ikinci oyun günündə Çinlə qarşılaşan Azərbaycan yığması hər üç setdə məğlub olub. İlk set 25:13, ikinci 25:16, üçünü set isə 25:17 hesabı ilə Çin voleybolçularının xeyrinə başa çatıb. 3-0 hesabı ilə uduzan milli komandamızın aktivində 2 xal var. Bu da dünən Yaponiya üzərində qazanılmış 3-2 hesablı qələbənin nəticəsidir.
Digər xəbərlər
























































































