Yığmamız Dubayda ilk oyununu keçirib

Yığmamız Dubayda ilk oyununu keçirib

17 Sentyabr 2014 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 19 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 4 milli kom anda arasında olan Azərbaycan yığması ilk oyununa çıxıb.

Futbolçularımız ilk turda meydan sahibləri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib. Turun digər matçında Albaniya Oman üzərində qələbə qazanıb – 3:2.
Qeyd edək ki, sabah keçiriləcək II turda Azərbaycan millisi Omanla, BƏƏ isə Albaniya ilə görüşəcək.

Mediainfo.az