Baş məşqçi istefa verdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandasının baş məşqçisi Bernhard Lippert istefa verməyi qərara alıb.
O deyib ki, 2015-ci il Avropa çempionatının seçmə mərhələsinin, ya da ilin sonunda vəzifəsindən ayrılacaq. Lippert sentyabrın 3-də İsrail, sentyabrın 8-də isə Portuqaliya ilə qarşılaşmaların yığmamızın sükanı arxasında son oyunları olacağını bildirib. Təcrübəli mütəxəssis idman direktoru kimi işini davam etdirəcəyini açıqlayıb. Lippert qərarını gənclərə yol açmaq istəyi ilə əlaqələndirib.
Qeyd edək ki, Bernhard Lippert yığmamıza 2008-ci ilin martında baş məşqçi təyin olunub.
Digər xəbərlər









.jpg)

.jpg)
















































































