Bakı sakinləri Azadlıq Meydanında

Bakı sakinləri Azadlıq Meydanında

29 Avqust 2014 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" futbol klubunun növbəti dəfə qalib gəlməsi azarkeşləri küçələrə toplayıb. Hər kəs sevimli komandasının qalibiyyətini qeyd edirdi.

ANS-in məlumatına görə, Hollandiyada yerli "Tvente" komandası ilə görüşdə inamlı təsir bağışlayaraq adını Avropa liqasının qrup mərhələsinə yazan "Qarabağ" klubunun bu uğuru paytaxtda da böyük coşquya səbəb olub. Yerli futbolsevərlər oyundan sonra sevincləri Azadlıq Meydanına yığışaraq qeyd etdilər.

"Qarabağ"ın bu nailiyyətinə ürəkdən sevinən azarkeşlər hisslərini müxtəlif formada çatdırmağa çalışırdılar. Kimisi şüarlar səsləndirərək, kimisi də top götürüb oynayaraq.

"Qarabağ"ın azarkeşləri komandanın qrup mərhələsində də uğurlu oyunlar göstərəcəyinə əmin olduqlarını bildirdilər. Sonda isə yerli futbolsevərlər avtomaşınlarla paytaxtın əsas küçə və prospektlərinə yürüş etdilər.

Qeyd edək ki, bir həftə əvvəl paytaxta keçirilən ilk oyunda "Qarabağ" "Tvente" ilə qolu heç-heçə etmişdi. Cavab qarşılaşmasında isə qeydə alınan 1-1 hesabı komandamızı Avropa Liqasının qrup mərhələsinə yüksəltdi.

Mediainfo.az