“Neftçi” və Qarabağ”ın oyunları canlı yayımlanacaq

“Neftçi” və Qarabağ”ın oyunları canlı yayımlanacaq

28 Avqust 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Avroliqanın pley-off mərhələsində çıxış edən təmsilçilərimizin oyunları canlı yayımlanacaq. Məlumata görə, bu gün saat 21:00-da başlayacaq "Neftçi" - "Partizan" matçı "AzTV", 22:30-da start götürəcək "Tvente"- "Qarabağ" qarşılaşması isə "İdman Azərbaycan" kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, ilk qarşılaşmalarda "Neftçi" səfərdə "Partizan"a 2:3 hesabı ilə məğlub olub. Digər təmsilçimiz "Qarabağ" isə doğma meydanda rəqibi ilə 0:0 hesabı ilə oynayıb.

Mediainfo.az