
Qo-qalaqapı üzrə reytinq turnir keçirilib
Ulu babalarımızın bizlərə miras qoyub getdikləri mədəni irsimizdən biri də milli xalq oyunlarımızdır. Neçə min il xalqımızın el şənlikləri, bayramlarında sevilə-sevilə oynanılan dirədöymə, çilingağac, qalaqurma saymamazlıq nəticəsində yaddaşlarımızdan silinmişlər. Azərbaycanda kişmişyedi, qalaqurma, qalaqapı, qala oyunu kimi tanınan və hazırda Yaponiya, Koreya, Çin və sair şərq ölkələrində populyarlığı ilə şahmatı kölgədə qoyan Qo (qalaqapı) dünyada ən əsrarəngiz intellektual oyun kimi təqdim olunur. Yaponlar və koreyalılar kimi yüksək intellektual səviyyəyə malik xalq içində bircə nəfər də şahmat üzrə qrossmeyster yoxdur. Onlar yalnız qo - qalaqurma oynayırlar. Bu oyunu ilahiləşdiriblər. Son bir neçə ildə Azərbaycanda da qo-qalaqapı üzrə müxtəlif səviyyəli yarışlar keçirilir. İyulun 12-də düzənlənən reytinq turnirində onlarla qalaqapı həvəskarı oyun səviyyəsinin artdığını nümayiş etdiriblər. Dünya və Avropa çempionatlarında, olimpiya yarışlarında yalnız müəyyən reytinq balı toplamış qo ustaları iştirak edə bilərlər.
Azərbaycanda reytinq sıralaması aşağıdakı kimidir:
Bahadır Tahirbəyov - 475 r - 7 dan
Niyazi Bağırov - 750 r - 3 dan
Fuad Əlizadə - 784 r - 3 dan
Ellin Əlizadə - 849 r - 2 dan
Eldar Quliyev - 903 r - 1 dan
Elçin Əliyev - 915 r - 1 dan
Ramil Əliyev - 1243 r - 3 kü
Amin Baltızin - 1693 r - 7 kü
Aqşin Tahirbəyov - 1719 r - 8 kü
İbadət Məmmədov - 1764 r - 8 kü
Keçmişi qoru, gələcəyi qur.
Bəhram Mustafabəyli
O.M.