Futbolçu millət vəkili oldu

Futbolçu millət vəkili oldu

13 İyun 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə futbolunun əfsanəsi Hakan Şükür siyasətə atıldı. "Qalatasaray" klubunun və Türkiyə milli komandasının 40 yaşlı sabiq kapitanı deputat fəaliyyətinə start verir. Hakan Türkiyə parlamentinə keçirilən seçkilərdə qalib olub. Keçmiş hücumçu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili seçilib.

Xatırladaq ki, H.Şükürün karyerasının böyük hissəsini keçirdiyi "Qalatasaray"da ən böyük uğuru 2000-ci ildə UEFA kubokunu, 2 il sonra Türkiyə yığması ilə dünya çempionatının bürünc mükafatını qazanması olub.

Bundan sonra futbolçu siyasət topunu çiləyəcək.

Günel Həbib

O.M.