Qartal "Qəbələ"yə gəlir

Qartal "Qəbələ"yə gəlir

8 Aprel 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ" klubu "Fənərbaxça"nın təcrübəli məşqçisi İsmayıl Qartal ilə razılaşıb

"Qəbələ" klubu "Fənərbaxça"nın təcrübəli məşqçisi İsmayıl Qartal ilə razılığa gəlib. ANS-in məlumatına görə, bu barədə Türkiyənin yerli KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Topaz Premyer Liqasında bu mövsüm istədiyi müvəffəqiyyəti əldə edə bilməyən və yarışdan uzaq qalan "Qəbələ" təcrübəli rus məşqçi Yuri Semin ilə yollarını ayırmağa hazırlaşır .
"Qəbələ" rəhbərliyi klubdan ayrılan Yuri Seminin yerinə "Fənərbaxça"nın təcrübəli məşqçisi İsmayıl Kartal ilə razılaşıb. İsmayıl Qartal daha əvvəl Türkiyədə "Karabükspor", "Sivasspor" və "Altay"ın da daxil olduğu 7 komandada məşqçilik edib. 2010-cu ildən bu yana isə "Fənərbaxça"da həm Aykut Kocamanın həm də Ersun Yanalın köməkçiliyini edib.
52 yaşındakı məşqçinin yaxın günlərdə Azərbaycana gələrək müqavilə imzalaması gözlənilir. İsmayıl Qartalın müqavilə imzalamasıyla birlikdə Azərbaycandakı türk məşqçilərin sayı Mustafa Dənizli və Güvenç Kurtar ilə birlikdə 3-ə çatacaq.