“Xəzər Lənkəran” keçmiş futbolçusunu geri qaytarır

“Xəzər Lənkəran” keçmiş futbolçusunu geri qaytarır

2 Aprel 2014 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Müqavilə əsasında "Xəzər Lənkəran"a məxsus olan Uğur Pamuk yayda klubun düşərgəsinə qayıdacaq. "İdmanxeber.com"-a istinadən əldə etdiyimiz məlumata görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizlinin istəyi ilə icarəyə verilən milliləşdirilmiş futbolçu mövsüm bitən kimi "Xəzər"ə dönəcək. Türkiyəli çalışdırıcının Pamuku geri qaytarmasının başlıca səbəbi yeni mövsümlə bağlı verilıən limitlə bağlıdı. Klubun mətbuat xidmətindən saytımıza bildiriblər ki, ola bilsin Pamuk yayda qaytarılsın, lakin son qərarı baş məşqçi verəcək.