Yeni baş məşqçi təqdim edildi
AZAL Futbol Klubuna yeni məşqçi təyin olunub. Məlumata görə, klub rəhbərliyinin qərarı ilə iki gün əvvəl istefa verən Vaqif Sadıqovun yerinə Tərlan Əhmədov gətirilib.
42 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. Yeni baş məşqçi artıq futbolçu heyətinə təqdim olunub.
Qeyd edək ki, AZAL Tərlan Əhmədovun rəhbərliyi altında məşqlərə martın 18-dən başlayacaq.
Digər xəbərlər


































































.jpg)












.jpg)









