Taekvondoçularımız 4 medalla qayıdır
Hollandiya açıq çempionati başa çatdı
Azərbaycan Taekvondo Federasiyasının saytı xəbər verir ki, 15-16 mart tarixlərində Eyndhoven şəhərində təşkil edilən "Dutch Open"-ə 20 taekvondoçu ilə qatılan böyüklərdən ibarət milli komandamız vətənə bir qızıl, bir gümüş və iki bürünc medalla dönür.
Belə ki, "G2" dərəcəli turnirdə millimizin üzvü Mikayıl Əliyev (-54 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Radik isayev (-78 kq) isə yalnız final döyüşündə rəqibdən zəif olaraq yarışı gümüş medalla başa vurub.
Digər idmançılarımızdan Məhəmmədyasin İbrahimov (-58 kq) və Ayxan Tağızadə (-63 kq) gümüş medala layiq görülüblər.
Xatırladaq ki, ənənəvi olaraq 41-ci dəfə keçirilən Hollandiya açıq birinciliyində 45 ölkədən 1100-dək taekvondoçu iştirak edib.
Milli komanda vətənə 18 martda dönəcəklər.






























.jpg)






.jpg)






















































