Mundialın sağ qalmış yeganə iştirakçısı öldü

Mundialın sağ qalmış yeganə iştirakçısı öldü

13 Mart 2014 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa millisinin keçmiş qapıçısı Rene Lense 100 yaşında dünyasını dəyişib. Lense 1934, 1938-ci illərdə keçirilmiş dünya çempionatlarının iştirakçısı olub. O, 2010-cu ilin avqustundan bəri müharibəyə qədər keçirilən dünya çempionatlarında iştirak etmiş futbolçular arasında, sağ qalmış yeganə iştirakçı idi.

Rene Lense karyerası ərzində "Sete", "Sent-Eten" və "Tulon" klublarının şərəfini qoruyub, 2 dəfə Fransa kubokunun sahibi olub.