
Millimiz İranla qarşılaşacaq
Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri bu ilin aprelində Özbəkistana yollanacaq.
Daşkənddə təşkil olunacaq turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan və İran milliləri də çıxış edəcək. 4 komandanı qatılacağı yarışın dəqiq tarixi müəyyənləşməsə də, aprelin ortalarında baş tutacağı planlaşdırılır.
Digər xəbərlər