Ukrayna Soçi Olimpiadasından imtina etdi

Ukrayna Soçi Olimpiadasından imtina etdi

19 Fevral 2014 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın qadın xizəkçiləri 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında komanda sprint yarışından imtina ediblər.

"Qafqazinfo"nun məlumatına görə, idmançılar yarımfinal yürüşlərinə çıxmayıblar. Qərarın səbəbləri açıqlanmır. Hələlik kişilərdən ibarət komandanın da eyni addımı atıb-atmayacağı bilinmir. Qeyd edək ki, daha öncə "Biz avropalıyıq" ictimai hərəkatı bütün ukraynalı idmançıları ölkədəki vəziyyətlə əlaqədar olimpiadada çıxışlarını başa vurmağa çağırıb. Ukraynanın Olimpiya yığması isə ölkədəki vəziyyətlə əlaqədar bəyanat yayıb. Rəsmi açıqlamada Kiyevdəki zorakılığı dayandırmağa və Soçidə qələbə qazanmaq üçün maksimum güc sərf etməyə çağırış edilib..