Həkimlər: "O, artıq əvvəlki Şumaxer olmayacaq"

Həkimlər: "O, artıq əvvəlki Şumaxer olmayacaq"

17 Yanvar 2014 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Həkimlər travmanın Şumaxerin sonrakı həyatını ciddi dəyişdirəcəyini açıqlayıblar. Məlumata görə, mütəxəssislər "Formula 1" avtopilotu Mixail Şumaxerin kəllə-beyin travması ilə bağlı gələcək talehindən ehtiyat etdiklərini bildiriblər:
"Əgər Şumaxer son nəticədə sağ qalsa, onda o, əvvəlki Şumaxer olmayacaq. O, başqa adam olacaq və o bu halla barışmalıdır. Bu çox asan deyil. Amma faktla barışmaq lazımdır".
Mütəxəssis qeyd edib ki, yaxın vaxtlarda idmançını komadan çıxarmaq təhlükəli ola bilər.Xatırladaq ki, Şumaxer xizək sürmək üçün Alp dağlarına yollanıb, sürüşdüyü zaman yıxılıb zərbə güclü olduğundan başındakı qoruyucu şlem iki yerə bölünüb. O, başından ağır zərbə alıb./ans/