
Məşhur qrossmeyster Vüqar Həşimov dəfn olunub
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib.
Apa-nın məlumatına görə, Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.
V. Həşimov vida mərasiminin ardından 3-cü Fəxri xiyabanda torpağa tapşırılıb.
Digər xəbərlər