
Nazir müavini: "Azərbaycanda Vüqar Həşimovun adına beynəlxalq yarışlar təşkil ediləcək"
"Azərbaycanda Vüqar Həşimovun adına beynəlxalq yarışlar təşkil ediləcək". Bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.O, V.Həşimovun vaxtsız ölümü ilə dünya şahmatına çox böyük itki üz verdiyini deyib.
Nazir müavini deyib ki, bu gün Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqar Həşimovun əvəzedilməz rolu olub. "Vüqarın yarışlarda iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciəti zamanı şərait yaradılıb və onun beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib".
Digər xəbərlər