Arda gedir?

Arda gedir?

6 Aprel 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Qalatasarayla 2014-cü i ilə qədər müqaviləsi olmasına baxmayaraq, gərək şikəstliyi səbəbi ilə formasına uzaq qalması, gərək milli komandada göstərdiyi müvəffəqiyyətsiz performans, istərsə də medianın onun haqda yazdığı xoşagəlməzliklər, azarkeşlər arasındakı pərdənin götürülməsi kapitan Arda Turan üçün sonuncu döngə elan edilib. Sezonun əvvəlində İspaniyanın əhəmiyyətli klublarından "Atletico Madrid"- in 11 milyon avro təklif etdiyi 23 yaşlı ulduz futbolçu üçün transfer danışıqları sürətini artırıb. Sarı-qırmızılı klubdan sızan məlumata görə "Atletiko Madrid" yeni təklif paketi təqdim etməyə hazırlaşır. Düzdür, sentyabr ayındakı yazılı təklifdən bu yana "Atletico Madrid" ilə "aslanlar" arasında hər hansı bir rəsmi görüş olmayıb. Ancaq Ardanın meneceri Əhməd Buludun son 1 ay içində 4 dəfə Madridə gedərək, diplomatiyasını icra etdiyi öyrənilib.