AFFA milli komandanın yeni sponsoru ilə müqavilə bağlayır

AFFA milli komandanın yeni sponsoru ilə müqavilə bağlayır

11 Dekabr 2013 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisi yaxın günlərdə yeni sponsorla müqavilə bağlayacaq. Apasport.az saytının məlumatına görə, 2014-cü ildən yığmamızın sponsoru "Bakcell" şirkəti olacaq.

İlin sonunadək tərəflər arasında müqavilə imzalanacaq. Anlaşmanın müddəti də həmin tədbirdə açıqlanacaq. Hazırda Azərbaycan futbolu ilə bağlı bir neçə layihənin sponsoru olan "Bakcell" əsas komandaya da dəstək olacaq.
Qeyd edək ki, yığmanın əvvəlki sponsoru digər mobil operator "Azercell" idi. AFFA bu şirkətlə 2009-cu il mayın 24-də əməkdaşlıq haqda müqavilə imzalamışdı.